Sərhədçilərimiz erməni diversantların quraşdırdığı partlayıcı qurğunu zərərsizləşdirib - VİDEO
Oxunub: 1234
14:42
25 Sentyabr 2022
Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.
Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.
Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.
Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.