Yunanıstan razılaşmaları pozaraq Türkiyə sahillərindəki adalara zirehli texnika yerləşdirib

2022/09/55544-1664101366.jpg
Oxunub: 939     13:36     25 Sentyabr 2022    
Yunanıstan beynəlxalq razılaşmaları pozaraq Türkiyə sahillərindəki Midilli və Sisam adalarına zirehli texnika yerləşdirib.

Ordu.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, beynəlxalq sazişlərə əsasən, Egey dənizindəki bu adalar silahsızlaşdırılıb.

Ancaq Yunanıstan beynəlxalq razılaşmaları pozaraq, 18 və 21 sentyabr tarixlərində Midilli adasına 23 ədəd, Sisam adasına isə 18 ədəd piyadaların döyüş maşınını yerləşdirib.

Gəmi ilə adalara gətirilən zirehli texnikaların görüntülərini Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları qeydə alıb. Adalara yerləşdirilən piyadaların döyüş maşınlarının ABŞ-ın Yunanıstana bağışladığı maşınlar olduğu da məlum olub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin