Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

2022/05/_1236-1651667702.jpg
Oxunub: 972     12:29     25 Sentyabr 2022    
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın hansı şəraitdə nüvə silahından istifadə edəcəyini açıqlayıb.

Ordu.az-ın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov Rusiyanın ilhaq edilən Ukrayna torpaqlarını müdafiə etmək üçün nüvə silahından istifadəyə hazır olacağını bəyan edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə rusiyalı həmkarının açıqlamasını məsuliyyətsiz və qəbuledilməz adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev anoloji xəbərdarlıqla çıxış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə-silahı  


Bizi "telegram"da izləyin