Türkiyə BMT Təhlükəsizlik Şurasının yeni daimi üzvü olacaq? – BAXIŞ BUCAĞI

2019/07/fff20-1562395706.jpg
Oxunub: 1089     12:45     24 Sentyabr 2022    
BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Co Bayden də ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin genişləndirilməsi ideyasını dəstəklədiyini və onun həyata keçirilməsi istiqamətində çalışacağını bildirib. Bayden qeyd edib ki, daha səmərəli işləmək üçün bu mühüm strukturun modernləşdirilməsi lazımdır. Onun sözlərinə görə, daimi üzvlərin yeri Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün genişləndirilməlidir. Eyni zamanda Bayden qeyd edib ki, strukturun effektiv işləməsi üçün vetodan istifadə də son dərəcə nadir olmalıdır.

BMT TŞ-nin transformasiyası ilə bağlı söhbət uzun müddətdir ki, gedir. Həmin söhbətdən əsas faydalananlar son illər beynəlxalq münasibətlərdə mühüm iqtisadi, siyasi və hərbi tərəqqi əldə etmiş, ambisiyaları artmış, buna uyğun olaraq BMT Təhlükəsizlik Şurasının daimi beşliyinin genişləndirilməsinə hər zaman dəstəklərini ifadə edən ölkələr olub. Məsələn, son iki-üç onillikdə Avropa İttifaqını daimi liderinə çevrilən Almaniya, Türkiyə bu haqda danışıb. Pezident Ərdoğan dəfələrlə bəyan edib ki, dünyanın taleyinin bu ölkələr tərəfindən həll edilməsi ədalətsizlikdir. Əslində, ABŞ prezidenti artıq həmin gündəliyi dəstəklədiyini bəyan edir. Bu, Ukraynadakı müharibə və ya daha geniş strategiya ilə bağlı ola bilər. Beləliklə, həm Almaniya, həm də Türkiyə daimi üzvlük üçün daha aktiv bir kampaniya həyata keçirəcək, böyük ehtimalla Hindistan da fəallıq göstərəcək.

ABŞ-ın BMT Təhlükəsizlik Şurasının mümkün yeni daimi üzvü kimi hansı konkret ölkələri nəzərdən keçirdiyi zamanla müəyyənləşə bilər. Türkiyənin bu üzvlərdən biri olması bütün region üçün müsbət addım ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BMT  


Bizi "telegram"da izləyin