Erməni politoloq: “Paşinyanın yanaşması mahiyyət etibarilə Qarabağın əleyhinədir”

2022/09/1664002333.jpg
Oxunub: 929     21:18     26 Sentyabr 2022    
Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı təkcə siyasətçilər deyil, həm də politoloqlar və digər ekspertlər tərəfindən ciddi tənqid edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Nəşr qeyd edir ki, onun çıxışı əvvəlcə daha zəif və dişsiz olub. Son anda mətnə bəzi düzəlişlər edilib. Bununla belə, çoxları çıxışı qeyri-qənaətbəxş hesab edib.

Erməni politoloq Suren Sarkisyan yazıb ki, Paşinyanın çıxışından üç nəticə çıxarmaq olar.

“Birincisi Ermənistan hökumətinin “Sülh gündəmi” konsepsiyası sıradan çıxıb. İkincisi hökumət Ermənistanın müdafiəsini təşkil edə bilmir. Üçüncüsü, hökumət diplomatiyanı və bütün danışıqlar prosesini iflasa uğradıb”, - deyə o qeyd edib.

Erməni politoloq Stepan Həsən-Cəlalyan bildirib ki, Paşinyanın yanaşması mahiyyət etibarilə Qarabağın əleyhinədir, bütün Ermənistanın və Ermənistandakı ermənilərin əksəriyyətinin mövqeyinə tamamilə ziddir, dövlətə qarşıdır.

“Bu gün Ermənistanda və diasporda yaşayan erməni xalqının milli əhəmiyyətli bir həyati problemi var. Hakimiyyət dəyişikliyi baş verməlidir. Biz Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməliyik. Güclü Nikol Paşinyan həqiqətən həm Ermənistanda, həm də Qarabağda yaşayan ermənilər üçün ekzistensial təhlükədir”, - deyə erməni politoloq bildirib.

Hərbi ekspert Hayk Nahapetyan qeyd edir ki, Paşinyan əslində “çaydan keçən zaman at dəyişdirməklə” məşğuldur və bu, gözlənilməz nəticələrə səbəb olacaq.

“Əslində Paşinyan bu çıxışı ilə Rusiyadan “siyasi boşanma”nın ilk addımını atdı”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   BMT  


Bizi "telegram"da izləyin