G7 ölkələri Ukraynanın şərqindəki "referendum"ları pisləyib

2022/05/1652592810.jpg
Oxunub: 423     22:45     23 Sentyabr 2022    
Böyük Yeddilik (G7) ölkələri Ukraynanın şərqində keçirilən "referendum"ları pisləyir və beynəlxalq hüququn pozulması hesab edir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, Ukraynanın suveren ərazisinin statusunu dəyişdirməyə yönələn bu hərəkətlər BMT nizamnaməsinə, beynəlxalq hüquqa və qanunun aliliyinə ziddir.

G7 liderləri hesab edirlər ki, nəticələr Ukrayna xalqının iradəsinin qanuni ifadəsi olmayacaq. Belə ki, bu "referendum"ların heç bir hüquqi qüvvəsi və legitimliyi yoxdur”.

Bəyanata görə, G7 Ukraynanın azad edilmiş ərazilərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır.

G7 liderləri oktyabrın 25-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə razılaşıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Ukrayna  


Bizi "telegram"da izləyin