Ukraynada Rusiyanın Su-25 qırıcısı və İranın 6 PUA-sı vurulub - YENİLƏNİB

2022/09/632dc-1663949954.jpg
Oxunub: 1105     20:40     23 Sentyabr 2022    
Ukraynada İrana məxsus 6 pilotsuz uçuş aparatı (PUA) və Rusiyanın Su-25 qırıcısı vurulub.

Ordu.az xəbər verir ki, PUA-ları Ukrayna Hərbi Hava Qüvvələri zərərsizləşdirib.

Qeyd edək ki, Rusiya İran istehsalı olan kamikadze-dronu "Geran-2" adı ilə istifadə edir.

Rusiya Ukraynanın Odessa şəhərinə kamikadze dronlarından istifadə etməklə zərbələr endirib.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusunun "Cənub" əməliyyat komandanlığı yayıb.

Bildirilib ki, kamikadze dronları şəhərə Qara dənizdən buraxılıb.

Qeyd olunub ki, zərbə nəticəsində 1 nəfər həlak olub, bundan başqa iki dron liman ərazisindəki inzibati binaya çırpılaraq yanğın törədib.

Məlumatda qeyd olunub ki, Ukrayna HHM qüvvələri bir ədəd İran istehsalı "Şahed-136" kamikadze dronunu dəniz üzərində vuraraq zərərsizləşdirib.

Kiyevin məlumatına görə, sözügedən dronları İrandan əldə edən Rusiya onu "Geran-2" adlandıraraq Ukraynadakı müharibədə istifadə edir.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İran  


Bizi "telegram"da izləyin