Kabildə partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB

2021/09/Terro-1631766158.jpg
Oxunub: 368     18:20     23 Sentyabr 2022    
Kabildə məscidin yaxınlığında baş vermiş partlayış nəticəsində ən azı 4 nəfər ölüb.

Ordu.az xəbər verir ki, xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib.

***

Əfqanıstanda məscidin yaxınlığında partlayış törədilib.

Ordu.az "TOLONews"a istinadən xəbər verir ki, Kabildə Məhəmməd Əkbər Xan məscidi yaxınlığında baş verən partlayışa maqnit bombası səbəb olub.

İlkin məlumata görə, partlayış namaz qılanlar məsciddən çıxarkən baş verib.

Hələlik ölənlər barədə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Kabil  


Bizi "telegram"da izləyin