Türkiyənin XİN başçısı: "Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər"

2021/01/cavus-1611910168.jpg
Oxunub: 553     17:20     23 Sentyabr 2022    
"Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.

"O, öz ölkəsinin qərarlarını müdafiə edir. Qismən səfərbərlik hər ölkənin öz haqqıdır. Səbəb davam edən müharibədir. Bizim səylərimiz Ukrayna və Rusiya liderlərini görüşdürüb, savaşa ən qısa vaxtda son verməkdir”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, iş Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparmaqla bitmir: XİN başçısı vurğulayıb ki, müharibənin uzanmasını istəyən digər tərəfləri də razı salmaq lazımdır: “Biz həmişə deyirik ki, müharibənin qalibi, ədalətli sülhün məğlubu olmaz”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin