Ukrayna daha bir yaşayış məntəqəsinə nəzarəti bərpa edib

2022/09/hj78g-1662905620.jpg
Oxunub: 441     16:28     23 Sentyabr 2022    
Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov sentyabrın 23-də brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: "Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir".

O.Qromov bildirib ki, Ukraynanın şərqində vəziyyət ağır olsa da, hələ ki nəzarətolunandır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin