Odessa səmasında İran PUA-sı vurulub

2022/09/4fa62-1663936435.jpg
Oxunub: 428     16:33     23 Sentyabr 2022    
Ukraynanın Odessa şəhərinin səmasında İrana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, kamikadze-dron aşağı məsafədən uçurmuş.

Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Iran   PUA  


Bizi "telegram"da izləyin