BMT: Ukraynada hərbi cinayətlərə dair sübutlar aşkar olunub

2022/05/downl-1651646303.jpg
Oxunub: 331     14:43     23 Sentyabr 2022    
BMT-nin İstintaq Komissiyası Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutlar aşkar edib.

Ordu.az xəbər verir ki, İstintaq Komissiyasının rəhbəri Erik Mose bu barədə BMT-nin İnsan Hüquqları Şurasına məlumat verib.

“Komissiya topladığı sübutlara əsasən, Ukraynada hərbi cinayətlərin törədildiyi qənaətinə gəlib. Baş çəkdiyimiz ərazilərdə törədilən edamların çoxluğu bizi dəhşətə gətirdi. Komissiya hazırda 16 şəhər və qəsəbədə belə ölüm faktlarını araşdırır", - İstintaq Komissiyasının rəhbəri deyib.

Mose əlavə edib ki, missiya rus əsgərləri tərəfindən törədilən cinsi zorakılıq cinayətlərinə dair sübutlar da tapıblar. Onların qurbanlarının yaşları 4 ilə 82 arasında olub.

Qeyd edək ki, Komissiya hərbi cinayətlərlə bağlı iddiaları araşdırmaq üçün may ayında yaradılıb. Onlar indiyədək dörd regionda - Kiyev, Xarkov, Sumi və Çerniqov - faktlar toplayıblar.

BMT-nin müstəntiqləri 150-dən çox qurban və şahidlə danışıb, 27 şəhər və qəsəbəyə baş çəkib, burada məzarları, habelə həbs və işgəncə mərkəzlərini araşdırıblar. Komissiya işgəncələrə məruz qalanların ifadələrini toplayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMt   Ukrayna  


Bizi "telegram"da izləyin