Ukrayna Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb

2022/04/16475-1650871243.jpg
Oxunub: 603     13:49     23 Sentyabr 2022    
“İtkilərimiz 9 min nəfərdən çoxdur”.

Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, bu, dəqiq rəqəm deyil: “Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.

A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:

“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   MN  


Bizi "telegram"da izləyin