Karapetyan vasitəsilə Rusiya Ermənistana xəbərdarlıq mesajı göndərib

2022/09/1663925145.jpg
Oxunub: 641     16:10     23 Sentyabr 2022    
“Taşir” şirkətlər qrupunun sədri, Ermənistan İş Adamları Assosiasiyasının sədri Samvel Karapetyan Ermənistanda tədricən pik həddinə çatan anti-Rusiya ritorikasına son qoymağa çağıran bəyanatla çıxış edib.

Ordu.az xəbər verir ki, bunu “Armenian.info” kanalı yazıb.

Xüsusilə indiki çətin şəraitdə ikitərəfli çoxşaxəli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayan Karapetyan anti-Rusiya ritorikasının qarşısının alınması üçün real addımlar atılmasa, Ermənistan üçün qaçılmaz olacaq gözlənilməz nəticələr barədə xəbərdarlıq edib.

“Bu gün Rusiyada vətənləri ilə sıx əlaqədə olan bir neçə milyon erməni yaşayır. Biz bu gün iki müttəfiq dövlətin əlaqəsini pozmaq məqsədilə verilən ehtiyatsız bəyanatları ciddi düşünməliyik. Bu gün Ermənistana sülh lazımdır”, - deyə o bildirib.

Kanal qeyd edir ki, Samvel Karapetyanın bu mühüm mesajının yalnız onun düşüncələrinin nəticəsi olduğunu düşünmək sadəlövhlük olardı.

“Onun vasitəsilə Rusiya rəhbərliyi Ermənistana xəbərdarlıq mesajı göndərib ki, təhlükəli oyunlara əl atmayın. Onlar deyir ki, bu təkcə Ermənistan üçün deyil, Rusiyada yaşayan ermənilər üçün də ölümcül nəticələr verə bilər”, - deyə nəşr bildirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin