Ermənistanın sabiq Baş naziri: “KTMT faktiki olaraq kağız üzərində qurulmuş strukturdur”

2022/09/1663924886.jpg
Oxunub: 382     15:36     23 Sentyabr 2022    
“Mən bu fikrin əleyhinəyəm ki, Ermənistanda danışıqları aparan şəxs dəyişsə, Moskva başqa cür davranacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Harutyunyan deyib.

O bildirib ki, hər bir dövlətin öz marağı var.

“Rusiyanın öz hərəkətlərini yalnız Nikol Paşinyanın iştirakı ilə şərtləndirməsi ilə razılaşmıram. Rusiya Federasiyası 44 günlük müharibənin qarşısını almaq üçün addımlar atmadı, nəticədə Cənubi Qafqazda təsiri azaldı, Türkiyə-Azərbaycan gücləndi. Necə deyərlər, müqəddəs yer boş qalmaz. ABŞ tərəddüd etsə, o yeri Türkiyə dolduracaq. ABŞ indi bölgəyə doğru irəliləyir. Onlar başa düşürdülər ki, Cənubi Qafqaz qlobal miqyasda ərəb-İsrail münaqişəsindən heç də az əhəmiyyət kəsb etmir. İran, Rusiya, Türkiyə, hətta Hindistan da burada tərəfdir. Bölgədə təsir bərqərar olarsa, gələcəkdə ABŞ bu rolu Türkiyəyə həvalə edib-etməməsinə qərar verəcək”, - deyə Harutyunyan bildirib.

Onun sözlərinə görə, KTMT faktiki olaraq kağız üzərində qurulmuş strukturdur: “Bizim orada olmağımız sırf Rusiya ilə strateji münasibətlərə görədir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin