Ukrayna və Çin xarici işlər nazirləri görüşüb

2022/09/1663922010.jpg
Oxunub: 318     12:32     23 Sentyabr 2022    
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Kuleba “Twitter“də bildirib.

Görüşdə Ukrayna və Çin arasında əlaqələr müzakirə olunub.

Ukraynalı nazir bildirib ki, Van İ Çinin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və həmçinin, fikir ayrılıqlarının həllində güc tətbiq edilməsinin rədd edilməsini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çin   XİN  


Bizi "telegram"da izləyin