BMT Baş katibindən nüvə fəlakəti ilə bağlı xəbərdarlıq

2022/03/7sd7f-1648062367.jpg
Oxunub: 412     12:29     23 Sentyabr 2022    
“Nüvə fəlakəti dünya üçün dözülməz olar”.

Ordu.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş tviter səhifəsində yazıb.

“Zaporojye Atom Elektrik Stansiyasında vəziyyət ciddi narahatlıq doğurur. Nüvə infrastrukturuna hansısa hücum planet və insanlar üçün dəhşətli nəticələrə səbəb ola bilər”, - o bildirib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə silahını tətbiq edə biləcəyinə işarə etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Nüvə-silahı  


Bizi "telegram"da izləyin