Britaniya kəşfiyyatı: "Ukrayna Rusiyanın vacib hesab etdiyi ərazilərə təzyiq göstərir"

2022/07/BV55M-1657690112.jpg
Oxunub: 428     11:56     23 Sentyabr 2022    
"Ukrayna döyüşlərin gedişatı üçün Rusiyanın vacib hesab etdiyi ərazilərə təzyiq göstərir".

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, döyüş meydanında durum gərgin olaraq qalır: "Son üç gündə Ukrayna qüvvələri Xarkov vilayətindəki Oskil çayının şərq sahilini mühafizə edir. Ukrayna ordusunun cənubda isə Donetsk vilayətində - Rusiyanın may ayında ələ keçirdiyi Siverskiy-Donetsk istiqamətində əks-hücumları davam edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin