Ermənistanda ABŞ-dan NATO üzvü olmayan müttəfiq statusunun alınması tələb edilir

2022/09/12312-1663916727.jpg
Oxunub: 415     12:32     23 Sentyabr 2022    
Ermənistanda “Milli Demokratik Qütb” adlı qüvvələr mitinq təşkil edib.

Təşkilatçılardan biri Vahe Qasparyan bildirib ki, onların 3 tələbi var.

“Mitinqin 3 tələbi var: özünümüdafiənin təşkili, KTMT-dən çıxmaq tələbi və ABŞ-dan NATO üzvü olmayan ABŞ-ın əsas müttəfiqi statusunun alınması tələbi. Həmin statusu almaq istəyən, NATO üzvü olmayan, lakin ABŞ-la sıx hərbi əməkdaşlıq etmək istəyən ölkələrə xüsusi status verilir. Həmin status ABŞ prezidentinin fərmanı ilə, Konqresin ratifikasiyası olmadan, bürokratik əngəllər olmadan verilir”, - deyə Qasparyan bildirib.

Siyasi qüvələrin digər nümayəndəsi Ara Papyan bildirib ki, Ermənistandan KTMT-dən çıxmalıdır.

“Söhbət Ermənistanın KTMT-dəki üzvlüyünün dayandırılmasından gedir, biz Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini kəsmək barədə heç nə deməmişik”, - deyə Papyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   NATO  


Bizi "telegram"da izləyin