“Hraparak”: Zatulinin sözləri erməni xalqına sillədir, alçaltmadır

2021/08/zatul-1628324415.jpg
Oxunub: 740     13:35     23 Sentyabr 2022    
Bütün dünya belə bir fikirdədir ki, Ermənistan 2020-ci il müharibəsində aldığı biabırçı məğlubiyyət və itkilərlə barışıb. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin Ermənistana səfərindən sonra deyib.

“Ermənistanda bir çox insan 2020-ci il müharibəsində məğlubiyyətlə barışıb, bunu 2021-ci ilin yayında keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri sübut edir”, - deyə o qeyd edib.

“Hraparak” nəşri yazır ki, Dövlət Dumasının deputatının bu sözləri erməni xalqına sillədir.

“Bu nə alçaltmadır? Faktiki olaraq heç kim Ermənistana yardım əli uzatmır və Ermənistan Nikol obrazında görünür. Kapitulyasiya sənədini imzalayan və müharibəni biabırçı şəkildə və çoxlu müəmmalı suallarla uduzan baş nazir...” - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zatulin   Ermənistan  


Bizi "telegram"da izləyin