Erməni ictimai xadim: “Ermənistanda cəmiyyətin firavan həyat gözləntiləri tamamilə çöküb”

2022/09/1663916354.jpg
Oxunub: 535     19:16     26 Sentyabr 2022    
“Ermənistanda cəmiyyətin yaxşı və firavan həyat gözləntiləri demək olar ki, tamamilə çöküb”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Davit Sahakyants deyib.

O qeyd edib ki, Ermənsitanda bir çoxları bu hakimiyyətdən firavan və təhlükəsiz həyat gözləyirdi.

“Düşünürəm ki, indi onlar üçün ən çətin məqamdır. Vədlər verilib, ancaq yerinə yetirilməyib, hər şey yalan olub. Mən insanları müharibədən əvvəl müəyyən qədər başa düşürdüm. 44 günlük müharibədən sonra başımıza gələnləri bilməmək mənim üçün anlaşılmaz, hətta qəbuledilməzdir”, - deyə Sahakyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cəmiyyət  


Bizi "telegram"da izləyin