Erməni politoloq: “Bizim regionda da genişmiqyaslı müharibə başlayacaq”

2022/09/1663916275.jpg
Oxunub: 992     17:58     26 Sentyabr 2022    
“Biz qlobal proseslərin və münaqişələrin eskalasiyasının yeni mərhələsinin şahidiyik. Söhbət Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində Rusiyaya birləşmək məqsədilə planlaşdırılan referendumlardan gedir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

O qeyd edib ki, Avropa cəbhəsində müharibə daha da şiddətlənəcək.

“Qərb və Şərq güc mərkəzləri arasında qarşıdurmanın daha dərin və uzunmüddətli xarakter alacağı da göz qabağındadır. Ermənistan üçün risklər də artacaq, Türkiyə-Azərbaycan qruplaşması son məqsədinə çatmağa çalışacaq, yəni bizim regionda da genişmiqyaslı müharibə başlayacaq”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Region   Müharibə  


Bizi "telegram"da izləyin