"G7"lik Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı "referendum"u tanımır

2022/06/2d1f2-1656347190.jpg
Oxunub: 343     11:01     23 Sentyabr 2022    
"G-7"yə daxil olan dövlətlər Ukraynanın işğal olunan ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”u tanımır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiya çərçivəsində "G-7"liyə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünün yekununa dair açıqlamasında bildirib.

Məlumata görə, qrupun xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsi Rusiyanın müvəqqəti olaraq nəzarətində olan Ukraynanın suveren ərazisində saxta referendum keçirmək iddiasını kəskin şəkildə pisləyib: "Rusiyanın hərbi mövcudluğu, hədə-qorxu və məcburi deportasiya şəraitində keçirilən istənilən "referendum" azad və ədalətli ola bilməz".

Qeyd edək ki, sentyabrın 23-dən işğal altında olan Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə dair "referendum" başlayıb və sentyabrın 27-dək davam edəcək.

Xatırladaq ki, "G"liyə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İtaliya daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Ukrayna  


Bizi "telegram"da izləyin