Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Qarnik Davtyan deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi davamlı olaraq bu barədə danışır, Ermənistan tərəfi razılaşdığını deyir, amma dəhliz verilmir: “Bizimkilər bunun dəhliz yox, yol olduğunu iddia edirlər”.
Davtyan Paşinyanın təxminən bir ay əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzarəti altında yeni keçid məntəqələrinin açılmalı olduğu barədə sözlərini xatırladıb: “Yəni, ümumi kontekstdə məhz həmin dəhliz, vurulan yerlər isə həmin hissədən keçən yollardır”.
O bildirib ki, Ermənistanın konkret işlənmiş strategiyası, xarici siyasəti yoxdur, hakimiyyət gündəlik həyat yaşayır.
“Deyirlər, bu gün hansı siyasi presedentlər qoyulacaqsa, biz də buna uyğun fəaliyyətimizi davam etdirəcəyik. Siyasəti piyada kimi qururlar. Bu qədər qeyri-ciddi ola bilməzsiniz”, - deyə ekspert vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az