“Atəşkəs hələ də kövrəkdir və müharibə təhlükəsi qalmaqdadır” - Ağacanyan

2022/05/68155-1651661862.jpg
Oxunub: 802     10:58     23 Sentyabr 2022    
“Bütün bu prosesin məqsədi hərtərəfli və uzunmüddətli sülhə nail olmaqdır, təəssüflər olsun ki, biz bu məqamda hələ ondan çox uzaqdayıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan deyib.

Onun sözlərinə görə, atəşkəs hələ də kövrəkdir və müharibə təhlükəsi qalmaqdadır.

“Bu ehtimal atəşkəs əldə olunan gündən də qorunub saxlanılıb və Ermənistan hökuməti bütün gücünü və resurslarını siyasi və diplomatik yollarla bu məsələnin həllinə yönəldib”, - deyə erməni deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağacanyan   Ermənistan  


Bizi "telegram"da izləyin