“Ukrayna uğur qazansa, Azərbaycan irəliləyə bilər” - Melkonyan

2022/09/1663915936.jpg
Oxunub: 809     11:52     26 Sentyabr 2022    
“KTMT-nin Baş katibi Ermənistana gəlir. BMT Baş Assambleyasının 77-ci sessiyası keçirilir. Pelosi səfər edir. Bu kimi hadisələr genişmiqyaslı hücum ehtimalını azaldır”.

Ordu.az xəbər verir ki, bunu Yaxın Şərqdəki siyasi proseslər üzrə erməni ekspert Sergey Melkonyan “Telegram” səhifəsində yazıb.

O qeyd edib ki, Rusiyada qismən səfərbərlik elan olunub, Donbas, Xerson və Zaporojyedə Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendumun keçirilməsi planlaşdırılır.

“Ukrayna referendum paradını alt-üst etməyə cəhd edə bilər. Beləliklə, Ukrayna bu ssenaridə uğur qazanarsa, Azərbaycan yenə də (Rusiyanın Xarkovdan geri çəkilməsində olduğu kimi) həmin məqamdan istifadə edib irəliləyə bilər”, - deyə Melkonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin