“Azərbaycan 8-10 kilometr irəliləyib”

2022/09/1663915828.jpg
Oxunub: 1744     20:06     23 Sentyabr 2022    
“Ermənistanın müstəqilliyi varmı ki, müstəqilliyini bayram edənlər də olsun?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Qara Bəbir” dəstəsinin komandiri Rüstəm Qasparyanın qardaşı Serob Qasparyan deyib.

O qeyd edib ki, Paşinyan hərbçiləri rüsvay edir: “İndi əsgərlər nə düşünəcək? Sabah valideynlərinə də eyni münasibəti göstərməyəcəklərinə necə əmin olacaqlar”.

Qasparyan bildirib ki, Azərbaycan 8-10 km-lik irəliləyib.

“Texnika və mexanika gətirib mühəndis işləri aparırlar, yəni bizim artilleriyamızın əks-hücumundan müdafiəyə hazırlaşırlar”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İrəliləmə  


Bizi "telegram"da izləyin