Şəhid Azad Kərimovun ailəsi ziyarət edilib - FOTO

2022/09/1663915138.jpg
Oxunub: 362     10:38     23 Sentyabr 2022    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir Azad Kərimovun Qazax rayonunda yaşayan ailəsini ziyarət ediblər.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, Vətən müharibəsində də qəhrəmanlıq göstərmiş Azad Kərimov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Şəhid  


Bizi "telegram"da izləyin