Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

2022/09/1663914493.jpg
Oxunub: 311     10:25     23 Sentyabr 2022    
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Macarıstan  


Bizi "telegram"da izləyin