Melitopol şəhərində partlayış baş verib

2022/03/1646632562.jpg
Oxunub: 614     09:58     23 Sentyabr 2022    
Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.

Ordu.az xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov məlumat yayıb.

Onun sözlərinə görə, partlayışın Rusiyaya qarşı çıxmağa hazırlaşan yerli sakinləri qorxutmaq və çəkindirmək məqsədilə törədildiyi ehtimal olunur.

Şəhər meri bildirib ki, partlayışla bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, bu gün Melitopol şəhərinin də daxil olduğu Zaporejye vilayətində “referendum”un ilk səsverməsi keçirilir.

Məlumat üçün bildirək ki, Kreml işğal altında saxladığı bir sıra ərazilərdə, o cümlədən Donetks, Luqansk və Zaporejye vilayətlərində bu əraziləri Rusiyaya birləşdirmək üçün “referendum” keçirilməsini elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Melitopol  


Bizi "telegram"da izləyin