Erməni ekspert: “İran hesab edir ki, qırx ildə ilk dəfə onun və ABŞ-ın Cənubi Qafqaza yanaşmaları əks deyil”

2022/09/1663913446.jpg
Oxunub: 616     11:10     26 Sentyabr 2022    
“İran hesab edir ki, qırx ildə ilk dəfə onun və ABŞ-ın Cənubi Qafqaza yanaşmaları əks deyil, bəli, geosiyasi vəziyyət dəyişib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vahram Atanesyan deyib.

O qeyd edib ki, müxalifətin problemi hakimiyyət dəyişikliyinin mümkünlüyündə deyil, hansı platformanın təklif olunmasındadır.

“Dəyişmiş geosiyasi situasiyada hesab edirəm ki, müxalifətin etibarlı siqnal alacağı dəqiq “svetofor” yoxdur. Və bunsuz o, hakimiyyət dəyişikliyi məsələsini qaldırmayacaq”, - deyə Atanesyan bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin