Putinə 9 dəfə təşəkkür edən Paşinyan anti-Rusiya fiqrularını topladı

2022/09/timth-1663913172.jpg
Oxunub: 554     10:16     23 Sentyabr 2022    
“Nikol Paşinyanın parlamentdənkənar qüvvələrlə görüşü vaxtından əvvəl baş tutub. Bunun qeyri-parlamentarilərin təşəbbüsü ilə baş verdiyi qeyd olunur, amma hesab edirəm ki, bunu Nikol Paşinyan irəli sürüb”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan bildirib.

O qeyd edib ki, görüşdə xüsusilə Rusiyaya qarşı fikirləri ilə məşhur olan Aram Sarkisyan və Ara Xzmalyan iştirak edib.

“Onlarla bir sırada “Rusiya dövlətinin agenti olmaqdansa, türkün iti olmaq yaxşıdır” ifadəsinin müəllifi Ara Şirinyan durub. 12 min kilometr yol qət edərək Vladivostoka çatan Nikol Paşinyan oradakı çıxışında Putinə 9 dəfə təşəkkür edib. Bundan sonra Paşinyan nümayişkaranə şəkildə anti-Rusiya fiqurlarını yanına alıb. Putinin iradəsi və ssenarisi ilə son parlament seçkilərində hakimiyyətdə qalan Nikol Paşinyan Putinə etdiyi 9 təşəkkürün saxta olduğunu göstərir. Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliyini yerinə yetirməməsindən şikayət etmək olar, amma diplomatiya belə kəskin dönüşləri sevmir”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin