Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

2022/09/1663911897.jpg
Oxunub: 348     09:32     23 Sentyabr 2022    
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlara Hərbi Polis İdarəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra nümayəndələr Hərbi Polis İdarəsinin ərazisi, avtomobil parkı və yeməkxana ilə tanış olublar.

Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   MN  


Bizi "telegram"da izləyin