Ceyhun Bayramov müsəlman ölkələrindəki toqquşmalardan Azərbaycanın narahat olduğunu bildirib

2022/09/1663909812.jpg
Oxunub: 289     01:50     23 Sentyabr 2022    
22 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən məlumat verilib.

Pakistanın sədrliyi ilə keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edib.

Çıxış zamanı, Azərbaycan Respublikasının İslam həmrəyliyinə sadiqliyi, insanlığın inkişafı və rifahı naminə əbədi islami dəyərlər olan sülh, tolerantlıq, birlik, harmoniya və ədalət istiqamətində çalışdığı vurğulanıb.

İƏT-in müsəlman dünyasında əsas çoxtərəfli təşkilat kimi beynəlxalq və təhlükəsizliyin qorunmasında əsas aktorlardan biri olmasından məmnunluq bildirilib. Müsəlman dünyasının bir çox yerlərində artan qeyri-sabitlik və toqquşmalardan ölkəmizin narahatlığı diqqətə çatdırılıb.

Ölkəmizin multikulturalizm və dinlərarası dialoqa verdiyi töhfələr barədə məlumat verilib, bu xüsusda 2008-ci ildən fəaliyyət göstərən Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərinin işğalı və post-münaqişə dövründə İƏT-in ölkəmizə göstərdiyi geniş və davamlı dəstəyə görə təşəkkür edib. Azərbaycan bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində addımları barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   BMT  


Bizi "telegram"da izləyin