Yair Lapid: İsrail iki xalq üçün iki dövlət yaratmağa hazırdır

2022/07/_1256-1658675803.jpg
Oxunub: 458     02:45     23 Sentyabr 2022    
Təl-Əviv münaqişəyə son qoymaq üçün iki dövlətin - israillilər və fələstinlilərin yaradılmasına hazırdır.

Ordu.az xəbər verir ki, bunu sentyabrın 22-də BMT Baş Assambleyasında İsrailin baş naziri Yair Lapid deyib.

“Fələstinlilərlə iki dövlət əsasında razılaşma İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün doğru addımdır”,-deyə Yair Lapid bildirib.

Nazir bildirib ki, bu, həm də İsrail xalqının əksəriyyətinin fikridir.

"Bizim yalnız bir şərtimiz var: gələcək Fələstin dövlətinin sülhsevər olması, onun İsrailin rifahını və varlığını təhdid edən başqa bir terror bazasına çevrilməməsi", - baş nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin  


Bizi "telegram"da izləyin