Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır

2022/05/83e61-1652456782.jpg
Oxunub: 436     03:53     23 Sentyabr 2022    
Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Ordu.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra jurnalistlərə bildirib.

“Avropa İttifaqı Şurası ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm, həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş iqtisadi sanksiyaların tətbiqini araşdırır,” - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin