Azərbaycan və Serbiya rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər

2022/09/1663909420.jpg
Oxunub: 384     07:44     23 Sentyabr 2022    
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

“Serbiyanın XİN rəhbəri Nikola Selakoviçlə görüşməkdən və Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik gündəliyində duran məsələləri müzakirə etməkdən məmnunam”, - Ceyhun Bayramov sosial şəbəkə hesabında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin