Bayden Rusiyadakı səfir vəzifəsinə ilk dəfə qadın diplomatın namizədliyini irəli sürüb

2022/09/1663908896.jpg
Oxunub: 264     00:43     23 Sentyabr 2022    
ABŞ Prezidenti Cozef Bayden Konqresin Senatına Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təqdim edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Senata göndərilən namizədlər: mütəxəssis diplomat Linn Treysi... ABŞ-ın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə (namizəd irəli sürülüb -red)”, - məlumatda bildirilir. İndi Senatın müvafiq komitəsi Treysinin qanunvericilərin suallarını cavablandıracağı dinləmənin vaxtı təyin etməlidir.

Bundan bir müddət sonra yuxarı palata onun ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təsdiq edilməsi məsələsinə səs verəcək. Treysinin namizədliyi təsdiq olunsa, o, ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edən ilk qadın olacaq.

Treysi 2019-cu ildən ABŞ-ın Ermənistandakı səfirliyinin rəhbəri olub. Ölkədə səfir olmazdan əvvəl o, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Bundan əvvəl isə Rusiyada işləyib - 2014-2017-ci illərdə o vaxt Moskvada səfir olan Con Tefftin müavini olub.

Qeyd edək ki, Treysi rusca bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Səfir  


Bizi "telegram"da izləyin