BMT baş katibi Türkiyəyə təşəkkür edib

2021/09/anton-1632246498.jpg
Oxunub: 449     22:33     22 Sentyabr 2022    
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında 200-dən çox hərbi əsir mübadiləsində oynadığı rola görə Türkiyəyə təşəkkür edib.

Ordu.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin səfərbərlik qərarını “təhlükəli və narahatedici” adlandıran A.Quterreş əlavə edib ki, bu addım sülhdən uzaqlaşdırır və daha çox qan tökülməsinə səbəb olacaq.

"Ukrayna ilə Rusiya arasında 200-dən çox hərbi əsir mübadiləsi müsbət haldır. Mən Türkiyə və Səudiyyə Ərəbistanı hökumətlərinə bu razılaşmada oynadıqları rola görə təşəkkür edirəm”, - deyə A.Quterreş bildirib.

BMT rəhbəri Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına toxunub: "Ukrayna ilə Rusiya arasında iyul ayında Türkiyənin dəstəyi ilə imzalanmış taxıl sazişi sayəsində 4,3 milyon tondan çox taxıl və ərzaq ixrac edilib. Taxıl və ərzaqla dolu gəmilər Əfqanıstan, Afrika və Yəmən də daxil olmaqla 29 ölkəyə göndərilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Türkiyə  


Bizi "telegram"da izləyin