Çin Moskva və Kiyevi şərt olmadan dialoqu bərpa etməyə çağırıb

2022/09/1663869939.jpg
Oxunub: 476     21:18     22 Sentyabr 2022    
Rusiya və Ukrayna sülhü təşviq etmək üçün ilkin şərt olmadan dialoqu bərpa etməlidir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində Ukrayna üzrə iclasında bildirib.

“Tərəflər üçün əsas prioritet ilkin şərt olmadan dialoqu bərpa etməkdir”, - çinli diplomat deyib.

O qeyd edib ki, münaqişə tərəfləri danışıqlarda əsaslı narahatlıqlarını müzakirə və həll üçün mümkün variantları təklif etməlidirlər ki, dialoq yekunda nəticə verə və sülhə gətirib çıxara bilsin.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin