Almaniya səfərbərlikdən yayınan rusiyalı fərariləri qəbul etməyə hazır olduğunu bəyan edib

2022/09/1663863904.jpg
Oxunub: 481     20:15     22 Sentyabr 2022    
Almaniya rusiyalı fərariləri qəbul etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniyanın daxili işlər naziri Nensi Fizer deyib.

O, Rusiyada qismən səfərbərliyin elan edilməsindən sonra döyüşməkdən imtina edən çağırışçıların repressiyaya məruz qalmamaları üçün Almaniyada sığınacaq tapa biləcəklərini qeyd edib.

“Ciddi repressiya ilə təhdid edilən fərarilər bir qayda olaraq Almaniyada beynəlxalq müdafiə ala bilərlər”, - deyə daxili işlər naziri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya   Səfərbərlik  


Bizi "telegram"da izləyin