Rusiya MN qismən səfərbərlikdə tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan kateqoriyaları açıqlayıb

2022/06/1656580829.jpg
Oxunub: 528     20:03     22 Sentyabr 2022    
Rusiya Federasiyası Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan vətəndaş kateqoriyalarını açıqlayıb.

Ordu.az xəbər verir ki, qismən səfərbərlik çərçivəsində orduya atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılacaq.

"Rusiya qanunvericiliyinə uyğun olaraq sıravi əsgərlər və çavuşlar - 35 yaşa qədər, kiçik zabitlər - 50 yaşa qədər, böyük zabitlər - 55 yaşa qədər səfərbərliyə məruz qalırlar. Çağırılan vətəndaşların sayı ştat ehtiyacı ilə müəyyən edilir. Qismən səfərbərlik çərçivəsində ehtiyatdan çağırış zamanı əsas amil döyüş təcrübəsinin olmasıdır", deyə Rusiya MN-dən bildirib

O da qeyd olunub ki, qismən səfərbərliyin ilk günündə 10 minə yaxın vətəndaş hərbi komissarlıqlara özü gəlib.

Rusiya MN xaricdə daimi yaşayan və hərbi qeydiyyatda olmayan rusiyalıların səfərbər edilməyəcəyini də açıqlayıb.

“Qadınlar tibb işçilərinin vəzifələrini tuta bilər, lakin belə mütəxəssislərə ehtiyac minimaldır. Qismən səfərbərliyə çağırılan Rusiya Federasiyası vətəndaşları müqaviləli əsgər statusu alacaqlar", deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səfərbərlik  


Bizi "telegram"da izləyin