NATO Baş katibi Çini Rusiyaya təsir göstərməyə çağırıb

2022/09/1663860457.jpg
Oxunub: 374     18:39     22 Sentyabr 2022    
NATO Baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

NATO Baş katibi Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı öz təsir imkanlarından istifadə etməyə çağırıb.

“Mən həmçinin NATO-nun insan haqları və Tayvanla bağlı narahatlığını qarşı tərəfin diqqətinə çatdırdım. Biz qlobal təhlükəsizliklə bağlı dialoqumuzu davam etdirməyə hazırıq”, - Stoltenberq qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Çin   Rusiya  


Bizi "telegram"da izləyin