Ərdoğan: “Ukraynada müharibə başlayandan yeganə məqsədimiz axan qanı dayandırmaqdır”

2022/09/1663733317.jpg
Oxunub: 344     18:06     22 Sentyabr 2022    
Rusiya-Ukrayna müharibəsi başlayandan yeganə məqsədimiz axan qanı dayandırmaq, sülhü bərqərar etməkdir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, 2014-cü ildə Krımın ilhaqından sonra Türkiyə həmişə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinə sadiqliyini ifadə edib.

“Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Rusiyanın indiki məqamda atdığı addımların ədalətsiz və qəbuledilməz olduğunu vurğuladıq. Eyni şəkildə 2014-cü ildə Krımla bağlı bunu dilə gətirdik və dedik. Biz Ukraynanı siyasi, humanitar və texniki sahələrdə dəstəkləməklə yanaşı, dialoq yollarını açıq saxlamağa çalışdıq. Apardığımız və edəcəyimiz danışıqlar, səylərimiz yalnız sülh üçündür. Biz bütün böhranların və məsələlərin həllində diplomatiyadan istifadənin tərəfdarıyıq”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin