Səfərbərliyə cəlb edilmiş Moskva sakinləri ayda əlavə 50 min rubl alacaq

2022/09/1663849415.jpg
Oxunub: 404     16:20     22 Sentyabr 2022    
Rusiyada qismən səfərbərliyə cəlb edilmiş Moskva sakinləri ayda əlavə 50 min rubl alacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə sərəncamı Moskva meri Sergey Sobyanin imzalayıb.

Sərəncamda əsgərlərə və ya onların ailələrinə hansı digər ödənişlərin verilməsi də qeyd olunub. Belə ki, əsgərlər yüngül xəsarət zamanı 500 min, ağır xəsarət zamanı 1 milyon rubl ödəniş alacaqlar. Ölüm halında isə həmin əsgərin ailəsinə 3 milyon rubl pul ödəniləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Səfərbərlik  


Bizi "telegram"da izləyin