Erməni general 20 əsgərin ölümünə görə dindirilməyə çağırılıb

2022/07/e9a88-1659006075.jpg
Oxunub: 496     15:15     22 Sentyabr 2022    
Ermənistan İstintaq Komitəsi qanunsuz erməni silahlı dəstələrinin keçmiş “komandiri” Cəlal Harutyunyanı yenidən dindirilməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr yazır ki, Harutyunyanın işi üzrə Təhlükəsizlik Xidmətinin bütün heyəti dindirilib. Xatırladaq ki, 44 günlük müharibə zamanı Cəlal Harutyunyana qarşı ittihamlardan biri müharibə zamanı “Tsor” hərbi hissəsinin 20 artilleriyaçısının məhv edilməsi ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin