“Hraparak”: Erməni əsgər valideynlərinin meyitxanaya girməsinə icazə verilmir

2021/06/timth-1622550091.jpg
Oxunub: 501     15:05     22 Sentyabr 2022    
Azərbaycan bir neçə gün əvvəl 95 erməni hərbçinin meyitini Ermənistan tərəfinə yəhvil verib.

Ordu.az xəbər verir ki, “Hraparak” nəşri bununla bağlı Martuni morqunun əməkdaşları ilə əlaqə saxlayıb.

“Bizə yaxın olan meyitlərin fotolarını çəkib mərkəzə göndərdik, valideynlər oradan cəsədlərin hansı morqlara aparıldığını yoxlaya bilərlər”, - deyə oradan bildirilib.

O, həmçinin əlavə edib ki, tanınmayan meyitlər DNT analizinə göndəriləcək.

“İtkin düşən hərbçilərdən birinin adının çəkilməsini istəməyən qohumunun dediyinə görə, valideynlər Martuni morquna daxil olmağa çalışsalar da, girişdə keşik çəkən polis meyitxanaya kimsənin girməsinə icazə verməyib. Meyitxananın girişi ciddi mühafizə olunur və heç kim meyitxanaya daxil ola bilməz”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Morq  


Bizi "telegram"da izləyin