“Past”: Arayik Harutyunyan Paşinyan qarşısında çətin vəziyyətə düşüb

2022/06/1654250038.jpg
Oxunub: 636     15:55     22 Sentyabr 2022    
Sentyabrın 14-də Ermənistan Baş naziri Nikol Paşinyan “sənədə imza atmaq” barədə məşhur bəyanatından sonra minlərlə insan Baqramyan prospektinə axışıb. Böyük izdihamdan dəhşətə gələn Nikol Paşinyan “Facebook”da canlı yayımda dediklərini “inkar etməyə” çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc olunan məqalədə deyilir.

Müəllif qeyd edir ki, qondarma qurumun rəhbəri Arayik Harutyunyan bəyanat verib və kifayət qədər sərt qiymətləndirmələr edib.

Nəşr qeyd edir ki, Harutyunyanın bəyanatından sonra Nikol Paşinyan ona zəng edərək, yeni bəyanatla çıxış etməyi tələb etdiyi üçün kifayət qədər sərt tonda belə davranışın yolverilməz olduğunu qeyd edib. Daha sonra Arayik daha yumşaq bəyanatla çıxış edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin