Petrosyan Sarkisyan-Köçəryan tandem ilə görüşdə nəyi izah edəcək?

2022/09/wewed-1663669913.jpg
Oxunub: 533     17:10     22 Sentyabr 2022    
Yaxın günlərsə Ermənistanın keçmiş üç prezidentinin - Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın görüşü keçiriləcək və bu görüşdə bütün ermənilərin katolikosu II Qareginin də iştirak edəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, görüş Üçmüədzin kilsəsində baş tutacaq.

“Mövzu Ermənistanın çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı olacaq. Lakin Ermənistan ictimaiyyətinin bu sanballı qrupun hakimiyyət dəyişikliyi həyata keçirib, ölkənin idarəçiliyini ələ keçirəcəyinə böyük ümid bəslədiyi halda, əhval-ruhiyyənin tamam başqa olduğunu öyrəndik.

Levon Ter-Petrosyan bu təşəbbüsdə fəal rol oynayır, o, qarşıdurmaya getsək və Azərbaycana təslim olmasaq, ölkəmizin hansı təhlükələrlə üzləşdiyini başqalarına izah etməyi qarşısına vəzifə qoyub”, - deyə nəşr bildirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Köçəryan  


Bizi "telegram"da izləyin