Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, görüş Üçmüədzin kilsəsində baş tutacaq.
“Mövzu Ermənistanın çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı olacaq. Lakin Ermənistan ictimaiyyətinin bu sanballı qrupun hakimiyyət dəyişikliyi həyata keçirib, ölkənin idarəçiliyini ələ keçirəcəyinə böyük ümid bəslədiyi halda, əhval-ruhiyyənin tamam başqa olduğunu öyrəndik.
Levon Ter-Petrosyan bu təşəbbüsdə fəal rol oynayır, o, qarşıdurmaya getsək və Azərbaycana təslim olmasaq, ölkəmizin hansı təhlükələrlə üzləşdiyini başqalarına izah etməyi qarşısına vəzifə qoyub”, - deyə nəşr bildirir.
Alpər Mövludoğlu
Ordu.az